22/01/2016
04:10
8381
| A A A
Maskeranoya 1 il həbs cəzası verilib

Vergi qaçaqçılığı səbəbilə bugün məhkəmə qarşısına çıxan "Barcelona"lı Maskerano, 1 il həps cəzası alıb.

Goal.az xəbər verir ki, reklam gəlirləri ilə bağlı iki ayrı maddə ilə ittiham olunan Maskerano daha öncə verdiyi ifadəsində vergidən yayındığını etiraf edib.

Barselonada gerçəkləşən məhkəmədə argentinalı futbolçunun cəzası açıqlanıb. Ona 1 il həbs cəzası ilə yanaşı, 815 min avro pul cəriməsi də tətbiq olunub.

Maskeranonun vəkili David Ayneto məhkəmədən 1 illik həbs cəzasının pul cəriməsi ilə əvəz olunmasını tələb edib. İttiham tərəfi bu barədə şikayəti dəstəkləyib və futbolçunun cəzaçəkmə müəssisəsinə göndərilməsinə ehtiyac qalmayıb.

Maskerano açıqlamasında bunları deyib: "Mən həmişə düzgün adam olmuşam və oynadığım ölkəyə, komandaya, komanda yoldaşlarıma hörmətlə yanaşmışam. İspaniya'dakı qanunları bilmədiyim üçün başqa insanlara güvənməyin cəzasını çəkirəm".

Qeyd edək ki, Maskeranonun 1 illik həbs cəzasının əvəzinə təxminən 21 min 600 avro ödəyəcəyi bildirilir.

GÜNÜN ƏN ÇOX OXUNANLARI