24/01/2016
19:08
5136
| A A A
Kaxanı Gürcüstan millisindən qovurlar

"İnter"in sabiq baş məşqçisi Kaxaber Sxadadze Gürcüstan yığmasının sükanı arxasından qovulub. Goal.az xəbər verir ki, bunu Gürcüstan Futbol Federasiyasının prezidenti Levan Kobiaşvili bəyan edib.

Kobiaşvilinin sözlərinə görə, o, Sxadadzeyə yeni müqavilə təklif edib. Müqavilənin şərtlərinə görə, Sxadadze maaşının 50 faizini istənilən halda alacaqmış. Qalanı isə Gürcüstan yığmasının uğur qazanacağı halda - bonus kimi təqdim olunubmuş. Amma Kobiaşvilinin sözlərinə görə, Sxadadze bu təklifdən sonra onun heç telefon zənglərinə də cavab vermir.

Bu üzdən Kobiaşvili tezliklə İcraiyyə Komitəsinə müraciət edəcəyini və Sxadadzenin Gürcüstan yığmasının baş məşqçisi postundan azad olunacağını söyləyib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI