26/01/2016
19:13
2208
| A A A
"Napoli"nin prezidenti futbol "Oskar"ını öz məşqçisinə vermədi
"Napoli"nin prezidenti Aurelio De Laurentis, həm də tanınmış kinorejissordur. Goal.az xəbər verir ki, klub rəhbəri İtaliya futbolunda simvolik "Oskar" mükafatlarını təqdim edib.
A Seriyasının ən yaxşı "aktyoru" "Fiorentina"nın hücumçusu Nikola Kaliniç olub. Xorvat oyunçu cari mövsümdə 10 qolun müəllifidir. Ən yaxşı ikinci dərəcəli rol üçün nəzərdə tutulmuş mükafat "Sampdoria"nın qapıçısı Emilio Vivianoya çatıb. Ən yaxşı "film" Eusebio Di Françeskonun rəhbərliyi altında "Sassuolo"nun göstərdiyi oyun seçilib.
De Laurentis "Roma"nın baş məşqçisi Luçano Spalettini ən yaxşı rejissor kimi mükafatlandırıb.
"Bu nominasiyada "Napoli"nin çalışdırıcı Maurisio Sarrini qalib görmürəm. "Roma"nın baş məşqçisi Luçano Spalettini seçirəm. O, çətin vəziyyətdə fədakarlıq göstərdi" - De Laurentis bildirib.
GÜNÜN ƏN ÇOX OXUNANLARI