14/01/2016
01:46
4398
| A A A
"Tureni Afrika Konfederasiyasının prezidenti mükafatsız qoydu"
Yaya Turenin agenti Dmitri Selyuk Rusiya mətbuatına müsahibə verib. O, son günlərdəki hadisələr haqqında bir sıra mətləblərə toxunub. Goal.az müsahibəni təqdim edir.
- Nəyə görə Obameyanqın Afrikada "ilin futbolçusu" elan edilməsi Tureyə bu qədər pis təsir etdi?
- Obameyanqın bunda səhvi yoxdur. Çoxları qərardan narazıdır. Gəlin, Pyerin ili necə keçirdiyini xatırlayaq. Əvvəlcə onun şərəfini qoruduğu Qabon millisi Afrika Millətlər Kubokunda heç nə göstərmədi. Onlar, hələ qrup mərhələsində mübarizəni dayandırdılar. "Borussia" ötən mövsümü qeyri-stabil keçirdi. Bəli, son bir neçə ayda Obameyanq qollar vurdu. Amma bu, kifayə edirmi? Digər tərəfdən Andre Ayu var. Onun komandası qitə turnirinin finalında Kot-d`İvuara penalti seriyasında uduzdu. Ayu 5 qolla turnirin ən məhsuldar futbolçusu oldu. Bundan başqa iki klubda gözəl oyun göstərdi. Məgər o, layiqli namizəd deyildi? Hətta Ayunu da ture ilə müqayisə etmək çətindir. BBC Yayanı Afrikanın ən yaxşısı hesab edir. Onun adı "Qızıl top"a namizədlər sırasına salınır. Ture ikinci simvolik yığmaya düşür. Obameyanq orda heç yoxdur. Amma mükafat Pyerə təqdim olundu.
- Tureni mükafatsız qoymaq kimə sərf edir?
- FİFA-nın vitse-prezidenti, Afrika Futbol Konfederasiyasının rəhbəri İssa Hayatuya. O kamerunludur. Nəticəni özünüz çıxarın. Samuel Eto`onun aktivində 4 belə mükafat var. Turenin də eyni sayda. Daha bir dəfə uğur qazansaydı, Yaya Afrikanın futbol tarixində ən yaxşı olacaqdı. Hayatu buna heç vaxt yol verməzdi.
- Ture buna necə rekasiya verdi?
- Afrikanın əksəriyyəti kimi. Özünüz mühakimə edin. Obameyanq son iki ayda məhsuldarlıq göstərir, onun komandası Afrika Millətlər kubokunu boşa verir. Ayu və Ture isə bütün mövsüm boyu stabil çıxış edir...Ture mərasimdən qabaq mənə demişdi: "Beşici mükafatımı alsam, məni nominasiyadan çıxarmağı xahiş edəcəm. Qoy gənclər çalışsınlar, qiymətlərini alsınlar". Beşinci titul olmadı. Hesab edirəm ki, FİFA ətrafında cərəyan edən qalmaqlın fonunda Afrika Konfederasiyasında da işlər qaydasında olub-olmamasına diqqət yetirmək lazımdır.
- Messiyə isə "Qızıl top"a sahib çıxmaqda heç kim mane ola bilmədi...
- Leonu şəxsən tanıyıram. Həm oyununa, həm də insani keyfiyyətlərinə görə o, ən yaxşıdır. Məncə, "Brilliant top" mükafatı təsis etmək və Messiyə vermək lazımdır. Bundan sonra onu mötərizə xaricinə çıxarmaq zəruridir. İndi çox gülcü futbolçular var ki, Messi ilə eyni dövrdə yaşadıqlarına görə bəxtləri gətirməyib. Qoy Messiyə ömürlük "top" təqdim edib qalan futbolçulara motivasiya üçün səbəb saxlasınlar.
- Bir neçə gün əvvəl demişdiniz ki, Qvardiolanın əvəzinə babanız da məşqçi kimi "Barcelona"ya titul qazandırardı...
- Bəli. Amma bu sözlər ümumi kontektsdən çıxarılmışdı. Özünüz də görürsünüz ki, Luis Enrike də bütün titulları qazanır. Buna görə "Manchester City" Qvardiola üçün ciddi sınaq olacaq.
- Zidanın "Real"la uğur qazanacağına inanırsınız?
- Zidan komanda üçün əhəmiyyətli fiqurdur. O, azarkeşlərin, rəhbərliyin və oyunçuların dəstək verəcəyi yeganə insandır. Benitezin bu cür şansı yox idi. Dostum Bernd Şuster maraqlı bir fikir söyləmşdi: "Bu kluba gələndən sonra bildim ki, istənilən vaxt məni istefaya göndərə bilərlər".
GÜNÜN ƏN ÇOX OXUNANLARI