"Pike "Barcelona"nın xuliqanıdır"
İspaniyanın tanınmış futbol mütəxəsisi Xavyer Klemente hazırda Liviya millisinin sükanı arxasındadır. Müəyyən vaxtlarda "Athletic Bilbao", "Atletico""Espanyol", "Real Soceidad" klublarını çalışdıran Klemente son katalon derbisi (Espanyol-Barcelona) və "Real" barədə sualları cavablandırıb. Goal.az 65 yaşlı mütəxəsisin açıqlamalarını təqdim edir.
- Bu cür gərgin derbi gözləyirdiniz?
- Barselona derbisi həmişə belə keçir. Bu, bir şoudur. Daha sonra onu tamamlayan açıqlamalar gəlir. Meydandan baş verənlər elə orda qalmalıdır.
- "Espanyol"un futbolçusu Pape Diop və Pike nin sözlərinə münasibətiniz.
- Hər ikisi səhv etdi. Pike bəzən fanat və ya xuliqan kimi özünü aparır. O, "Barcelona"nın xuliqanıdır. O, İspaniya millisi və klubu üçün vacib oyunçu olduğunu anlamalıdır. Azarkeş kimi hərəkətlərə son verməlidir.
- Benitezin istefası barədə nə düşünürsüz?
- Bunun hansı səbəbdən baş verdiyini anlayıram. Amma həmin qərarı peşəkar məşqçi kimi qəbul edə bilmirəm. Nəticələrə əsasən məşçinin istefaya göndərilməsinə razı deyiləm. Məsuliyyətin az bir hissəsi məşqçinin üzərinə düşür. Klub prezidenti söz sahibidir və istədiyini edir.
- İspaniyaya qayıtmaq istərdinizmi?
- Əlbəttə. "Betis"ə getməyim çətindir. Əndəlus klubunda karyeram (1998-1999) yaxşı alınmadı. Komanda Avrokuboklara vəsiqə qazanmadı deyə məni istefaya göndərdilər. Argentinalı məşqçini gətirdilər. İspaniyadan təklif almasam, təqaüdə çıxacam.