18/01/2016
19:25
13297
| A A A
"Zidana simpatiyamız daha çoxdur"
"Real" İspaniya çempionatının 20-ci turunda "Sporting Gijon"a qalib gəlməklə (5:1) üçüncü pillədəki yerini möhkəmləndirib. Oyunun ilk 12 dəqiqəsində 3 qol vuran "kral klubu" 60 il əvvəlki nəticəsini təkrarlayıb. 1956-cı il yanvarın 15-də Madrid klubu eyni aqibəti "Celta"ya yaşatmışdı. Goal.az-ın məlumatına görə, Xixon klubu ilə oyunda dubla imza atan Kriştianu Ronaldo matçdan sonra İspaniya mediasına bir sıra açıqlamalar verib.

Zidan və Benitez. Zidan komandanı düzgün istiqamətə yönəldib. Düzün desəm, bir məşqçiyə digərindən daha çox simpatiyan ola bilər. Futbolçular və digər insanlara qarşı da. Kimin ehtiyatda oturmasından asılı olmayaraq, Benitezin rəhbərliyi altında gərgin çalışıb komanda üçün ən yaxşı şeyləri düşünürdüm. Rafa barədə pis fikirlərim yoxdur. O, həmişə "Real" üçün əlindən gələni edib. Onun hadisələrə baxışı "Zizu"dan fərqli idi. Sözün düzü, futbolçular Zidana daha çox rəğbət göstərirlər. Səbəbini soruşmayın.
Komandanın son iki oyunu. Həftə ərzində ciddi məşq edirik və nəticələr gəlməkdədir. Yolumuz davam edirik. Məşqçi dəyişikliyi klub prezidentinin qərarı idi. Qərarlar rəhbərlik səviyyəsində qəbul olunur. Biz də hər şeyə hazır olmalıyıq.
- "Sporting"lə oyun zamanı rəqib futbolçu Naço Kasesə zərbə endirdiniz...
- Bu, reflektiv hərəkət idi. Buna görə vərəqə ilə cəzalandırılmalı idim. Onu qəsdən vurmaq fikrim olsaydı, ayağa qalxa bilməzdi. Belə şeyi etmərəm.
- Zidan Ançelottini xatırladırmı?
- Onların məşq prosesi çox oxşardır. "Zizu" sakit insan, zəhmətkeş məşqçidir. Onun futbolçularla davarnışı yaxşıdır. Mənim və heyət üçün maraqlı vaxtlardır. Komanda lazımi formadadır və gərgin çalışır.
- Benitezin istefasında futbolçuların hər hansı rolu oldu?
- Əsla. Belə olmadığına qəti inamım var. Dediyim kimi, burda simpatiya məsələsi vardı. Amma bu, futbolçuların oyununa təsir etmir. Şəxsən özümdən götürürəm. Simpatiyadan başqa, məşqçi işində ciddi olmalıdır. Futbolçular Zidanla işləməyi sevir. Bizim Ançelottinin sevməyimiz normaldır. O. iki il məşqçilik edib. Rafa isə yalnız 6 ay.
- Yayılan xəbərlərə görə, "Qızıl top"un təqdimat mərasimindən əvvəl Dani Alveşlə dialoq zamanı onun davranışını tənqid etmisiniz...
- Heç kimi pulsuz reklam etmək istəmirəm. Müsahibələrimdə bu barədə danışmamışam. Həmkarıma sözüm olanda deyirəm, mətbuatda reklam etmirəm. Hər kimlə danışıramsa, sabahı gün müzakirə mövzusu olur.
- Messi ilə münasibətiniz necədir?
- Onunla yaxınlaşmışıq. Amma həmişə isti münasibətlərimiz olub. Təqdimat mərasimindən əvvəl səhnədə Neymar və onun bəzi sözlərini tərcümə etdim. Dedim ki, sonra bu işə görə pulumu tələb edəcəm (gülür).
- Madeyra şəhərində sizə qoyulmuş heykələ qarşı xoşagəlməz hərəkətlərə aid nə demək olar?
- Bu, adi məsələdir. Bəziləri məni sevir, bəziləri yox. Mən və bacım heykəlin təmizlnməsi üçün göstəriş verdik və məsələ bağlandı.
GÜNÜN ƏN ÇOX OXUNANLARI