19/01/2016
01:00
5498
| A A A
"İndi ruslar Belçikaya terrorizm yuvası kimi baxır"
"Zenit"in müdafiəçisi Nikolas Loberts komandası ilə birlikdə Qətərdə təlim-məşq toplantısındadır. Goal.az xəbər verir ki, futbolçu Belçika mətbuatının suallarını cavablandırıb.
- Nəyə görə futbolçular mediadan uzaq tutulur? Qorxursuz ki, mətbuatla çox ünsiyyət sizin tanrı auranızı dağıdar?
- Hər futbolçu axmaq deyil. Bir qədər gizlilik yaxşı şeydir. Əks halda, insanlar səndən daha tez bezir. Klublar tez-tez oyunçularını lazımsız təmasdan qoruyur. Yoxsa, manşet və tabloidlərdə xoşagəlməz xəbərlər çıxa bilər. Sosial şəbəkələr də mühümdür. Futbolçu mediada təqdimatına nəzarət etmək istəyir. Hesab edirəm ki, indviduallığı göstərib bundan həzz almaq lazımdır. Məsələn, mən bunu İnstagram vasitəsilə etməyə çalışıram. Bir çox futbolçular bu olmadan keçinir. Yaxud onların əvəzinə başqası səhifəni idarə edir. Belə olmaqdansa sosial şəbəkədən heç istifadə etməsin.
- Bu müsahibəyə görə "Zenit"dən razılıq almısız?
- Xeyr. Mən yanlış nəsə deməsəm, mənfi rekasiya olmayacaq. Andre-Vilyaş Boaşın gəlişindən sonra vəziyyət sərtləşdirilib. Bunu başa düşmək olar. Çünki o, bir neçə ilə İngiltərədə çalışıb.
- Bəzən futbolçulae siyasətçilərdən daha tanınmış olur. Siz rusiyalı azarkeşləri Gentə gələmək barədə xəbərdarlıq edəndə bununla qarşılaşdınız.. Bu amildən sosial problemlərin həllində istifadə etmək olarmı?
- Çətindir. Mübaliğə lazım deyil. Vensan Kompani Molenbek (red. Brüsselin çoxsaylı miqrantı olan kasıb hissəsi. 13 noyabr Paris teraktının iştirakçıları burdan çıxmışdı) haqqında danışanda həyati təcrübədən qaynaqlanan şəxsi fikirlərini bildirir. Bu normaldır. Bəli, Rusiya vətəndaşlarının müdafiəsinə qalxmışdım. Onlar şəhər meri Daniel Termontun təqdim etdiyi qədər vəhşi deyillər. Amma siyasi debatlarda iştirak etməzdim. Özünə aid olmayan işlərə, gərək qarışmayasan. Onsuz da çox insan bununla məşğuldur.
- Bununla Rusiya mundialının boykota səsləyənləri nəzərdə tutmursuz?
- Xeyr. Mundiala ev sahiblərinin seçimində korrupsiyanın rolu? Hardan bilim? Elə təsəvvür yaranır ki, əvvəlki bütün turnirlərdə təşkilatçı ölkənin müəyyənləşməsində korrupsiyanın bu və ya digər dərəcədə rolu olub. Problemlər FİFA-nın daxilində hökm sürür. Bu təşkilatda rüşvətin yığışdırılmasına nail olmaq lazımdır. Qətər 2022 başqa məsələdir. Eşitmişəm ki, Qətərdə hind və pakistanlılar ağır şərtlərdə idman qurğuları inşa edir. Bu yolverilməzdir. İnsan haqları pozulursa, boykot düzgün yoldur. Amma həmin halda belə birinci FİFA mövqe ortaya qoymalıdır.
- "Zenit"də keçirdiyiniz 9 ildən sonra Peterburqda qəhrəman hesab olunursuz. Ksenofob azarkeşlərilə tanınan bir klubda buna necə nail oldunuz?
- Mən də axı ağdəriliyəm...Ciddi mənada "qəhrəman" biraz böyük səslənir. Amma məni özləyrindən ayırmırlar. Bunda haqlısız. Azarkeşlər oyun tərzimi - göstəriş az, əzmkar oyunu bəyənir. Bundan başqa, onlar Rusiyadakı həyata yaxşı adaptasiya olduğumu görürlər. Onları həmişə mətbuatda müdafiə də etmişəm.
- "Zenit"in rasizmlə bağlı problemləri var. Üç il öncə "Zenit"in ən məşhur fan-klublarından biri rəhbərliyə məktub yazıb açıq şəkildə qaradərili futbolçuları komandaya gətirməməyi istəmişdi...
- Bunu axmaqlıq hesab edirəm. Belçikada da, qaradərili insanları tam qəbul etməyiblər. 20 il öncə uşaq futbol məktəbinə getdiyim vaxtlarda belçikalı fanatlar meydana banan atırdı. Rusiya bu mərhələni indi keçir. Rasizmi himayə etmirəm. Bizim klub da buna qarşı kampaniya aparır. Aydın görünür ki, böyük effekt yoxdur. Situasiyanın düzəlməsi üçün vaxt lazımdır.
- Karyeranızın sonuna kimi Rusiyada qalmaq istərdiniz?
- Özümü burda evdəki kimi hiss edirəm. Ruslar yadelli və turistlərə şübhə ilə yanaşır. Bəlkə də, bu, kommunizmin qalıqlarıdır. Amma adamla yaxından tanış olandan sonra sizə görə soyuducularını boşaltmağa hazırdılar. Onda anlayırsan ki, ruslar çox isti və qonaqpərvər millətdir. İndi ruslar Belçikaya terrorizm yuvası kimi baxır. Çoxları israrla məndən ailəmi Rusiyaya gətirməyi xahiş edir. Təhülkəsizliyə görə. Rusiyada idmançılara hörmətlə yanaşırlar, nadir hallarda tənqid edirlər. Burda hər dəfə qazancına görə məzəmmət almırsan.
- Amma evinizi Flandriyada - Hertsberqdə inşa etdirirsiniz...
- Məndən nəzəri olaraq soruşdunuz ki, Rusiyada qala bilərəm, a yox. Qalardım. Düzdür, karyeramı bitirəndən sonra Belçikaya qayıtmaq barədə düşünürük. Orda yaxınlar, qohumlar, dostlarımız yaşayır. Başlıca səbəb budur.
- Belçika millisinin AVRO-2016-da minimum vəzifəsi nədir?
- 1/4 finala çıxmasaq, təəccüblü olacaq. Qrupdan çıxandan sonra hər şeyi xırdalıqlar göstərəcək.
- Dəfələrlə bildirmisiz ki, Belçikada sizə lazımi qiyməti vemrirlər. Səbəbi nədir?
- Bu ifadə, yəqin ki, düzgün seçilməyib. Qərbi Avropada çıxış edən futbolçulardan ikiqat yaxşı oynamalıyam.Çünki İngiltərə, Belçikada çıxış edən futbolçuları hər həftə görürlər.
- Avropa tamaşaçısını rus telekanalı izləməyə məcbur edə bilməzsiz axı..
- Başa düşürəm. Rusiya çempionatına az yer verilməsi normaldır. Mənim üçün bu, digər belçikalı futbolçularla rəqabət baxımından çətinlik törədir. Bu səbəbdən "Zenit"in Gentdə məğlubiyyəti məni məyus etdi. Özümü yaxşı tərəfdən göstərməyi çox istərdim.
- Hər dəfə transfer pəncərəsi açılanda Belçikaya qayıdacağınızı deyirlər. Sizi orda gözləyənlər var, deyəsən.
- Elədir. Yaxşı oynayanda hər şey qaydasında olur. Pis olanda buna dərhal diqqət yetirirlər. Belçikaya qayıtmaq planda var. Ona görə "Lille" (red. Fransa klubun bazası Belçikada yerləşir) yaxşı variantdır.
- Siz Belçikanın ən zəngin adamları arasında 20 milyon avro sərvətlə 484-cü yeri tutursunuz. Deməli, karyeranız bitəndən dərhal sonra təqaüdə çıxacaqsınız?
- İşləmək zərurətim olmayacaq, düzdür. Sevinirəm ki, Kompani və Hazar kimi populyar belçikalı deyiləm. Artıq diqqət mənə lazım deyil. Karyeramı başa vurandan sonra diqqət mərkəzindən itmək istəyirəm. Məşqçi olmağıma az ehtimal var. Futbola nadir hallarda baxıram. Hətta ÇL oyunlarını da sona qədər izləyə bilmirəm. Bu isə çox maraqlıdır. Mənimlə ünsiyyət quran insanlar futboldan danışmağa çalışır. Mən də oyunları xüsusən izləmirəm. Hansı işlə məşğul olacağını müəyyən etməmişəm. Tarixlə maraqlanıram. Lakin özümü müəllim kimi də görmürəm. Bəlkə də, inestisiya qoyuluşu ilə məşğul oldum.
- Bu qədər pul qazandığınız halda futbol sizin üçün hələ də ehtiras qalmaqdadır?
- Xeyr. Futbol mənim peşəmdir. Etdiyim hər şeyi istəklə edirəm. Amma uşaqlıqda babamla top oynamağım ehtiras idi. Bundan çoxlu pul qazanandan sonra ehtiras tədricən gedir.
- Uşaqlıda kumiriniz kim idi?
- 90-cı illərin əvvəlində "Brugge"nin hücumçusu Frank Farina.
- İndi kim sizi daha çox heyran edir?
- Roje Federer. O, bütün dövlərin və xalqların ən böyük tennisçisi, əsl centlmendir.
- Ən yaxşı xatirəniz?
- 2007-ci ildə "Zenit"də qazandığım ilk çempionluq titulu.
- Ən gözlənilməz hadisə?
- 2004-cü ildə Olimpiadanı, 2008-ci ildə UEFA kubokunun finalını zədəyə görə buraxmışdım. Ümid edirəm, sağlamlığımla bağlı problem yaranmaz və AVRO-2016-da iştirak edərəm.
GÜNÜN ƏN ÇOX OXUNANLARI