26/01/2016
01:35
5374
| A A A
"Futbol "dilində" danışırıq deyə, yaxşı anlaşırıq"
Rusiyanın Çempionlar Liqasındakı yeganə təmsilçisi "Zenit" yanvarın 24-də Qətərdəki təlim-məşq toplanışını başa vurub. Peterburq klubunu turnirin 1/8 finalında "Benfica" ilə 2 oyun gözləyir. Goal.az xəbər verir ki, "Zenit" hücumçusu Artyom Dzyuba bu və digər məsələər barədə medianın suallarını cavablandırıb.

- "Zenit"in Qətərdəki məşq toplanışı necə keçdi?
- Çox gözəl. İlk 3-4 gündə işə uyğunlaşmaq çətin idi. İstirahətdən qayıtmışdım, oğlumla daha çox vaxt keçirmək üçün evə can atırdım. Bir aylıq tətil zamanı bir-birinə çox öyrəşmişdik. Amma bir müddət sonra oyun ritmini tapdım və futboldan həzz almağa başladım. "Benfica" ilə vacib görüşə yaxşı hazırlaşdığımıza ümid edirəm.
- Hazırlıq oyunlarında qazanılan qələbə hər hansı önəm kəsb edir?
- Sözün düzü, etmir. Əsas məsələ formanı bərpa etməkdir. Üstəlik, hər kəs bu cür görüşlərdə zədə almaq ehtimalının yüksək olduğunu bilir. Qətərdə bütün rəqiblər "Zenit"ə qarşı tam gücüylə oynayırdı. Onlar özlərini yaxşı tərəfdən göstərməyə çalışırdı. Bizsə bunun yoldaşlıq oyunu olduğunu nəzərə alırdıq. Aydın məsələdir ki, uduzmaq heç kimin xoşuna gəlmir.
- "Zenit"də artıq 3 nəfər hesab edir ki, Anatoli Timoşukun gedişindən sonra komanda daxilindəki atmosferə cavabdeh sənsən. Bunu kompliment hesab edək?
- Uşaqlara minnətdaram. komandada hamı ünsiyyətcildir. Mənim ağzım digərlərindən daha az danışır. Zarafatlaşmağı sevirəm. Ətrafda yumoru və məzəli əhvalatlara qulaq asmağı sevən insanlar varsa, niyə də yox? Yaxşı atmosferdə və mehriban kəslərlə uzun müddət ünsiyyət saxlamaq mümkündür. Şam yeməyindən sonra 40-50 dəqiqə oturub söhbətləşirik. Bizdə şən futbolçular çoxdur, tək mən deyiləm.
- Kimin yumoru daha çox sənin xoşuna gəlir?
- Krişito əla yumor hissinə malikdir. Yuri Lodıqin eksentrikdir. Amma kameralara işləməyi xoşlayır. Daninin də zarafatlarını eşidirik. Portuqalca olduğundan çox vaxt başa düşə bilmirik. Qaray da şən oğlandır. Sınıq ingilis, portuqal dilində bir-birini başa salırıq. Kerjakovun da yumoru yaxşıdır.
- Qətərə birinci səfərin idi. 2022 mundialının keçiriləcəyi ölkəni görmək maraqlı idi?
- Ola bilər ki, elə bu səbəbdən maraqlı idi. "Zenit"in rəsmi saytının məşq toplanışıyla bağlı apardığı sorğuda bəziləri Dohanın harda yerləşdiyini belə bilmədi. Bəziləri isə elə cavablar verdi ki, mən də təəccübləndim. Camaat məktəbə getmir? Qətərə gəlməyi entuziazm olmadan qəbul etdim. Havanın yaxşı olması məni sevindirdi. Səhər saatlarında biraz isti olsa da, axşama doğru məşq üçün əla şərait var. Üstəlik, dünya çempionatı... İndi əsas diqqətlər Fransada keçiriləcək Avropa çempionatındadır. 2022-ci ildə nələrin olacağı isə uzaq və maraqsızdır.
- "Zenit"in saytında Halkın səni boğmaq istədiyi foto yerləşdirilib. Bu, nə idi?
- Sadəcə arxadan yaxılaşdı və ciu-citsudan hansısa fəndi tətbiq etməyə çalışdı. Düzü, onunla məmnuniyyətlə güləşərdim. Təxminən eyni çəki dərəcəsindəyik. Məşqdən sonra tərli olur, mənə uyğun deyil. Əlim sürüşəcək. Ciu-citsuya qarşı sambo fəndi tətbiq edə bilərdim. Düzdür, ondan qorxuram.
- Onunla necə ortaq dil tapırsan?
- Portuqalca biraz bilirəm. Ümumiyyətlə, hər kəslə ortaq dil tapmışam. Netu, Lomberts, Qaray, Xavi Qarsiya, Krişito, Danni qızıl kimi oğlanlardır. Kimisə pis insan saysam, deyərəm. Amma beləsi "Zenit"də yoxdur. Halkla ön xətdə oynayırıq və bir-birimizi yaxşı başa düşürük. Ünsiyyətdə 10 ingilis, onun 2-3 rus, mənim 10 portuqalca sözüm kifayət edir. Yəqin, ümumi futbol "dilində" danışırıq deyə, yaxşı anlaşırıq. Danni də gözəl ötürmələr verir. O, böyük həcmdə iş görür. Komandanın mühərrikidir. Oleq Şatov və başqaları da var.
- Qış istirahətini qarlı Moskvada keçirdin. Səbəbi nədir?
- Peterburqda da qarlı hava var. Mən soyuğu sevirəm. Hətta fəxr edirəm ki, Rusiya əhalisi qışda qarlı, yayda günəşli hava görmək imkanına malikdir. Müxtəliflik cəlbedicidir.
- Çempionlar Liqasında rəqib olan "Benfica" barədə nə deyə bilərsən?
- Bu komanda bizim üçün pis variant deyil. "Zenit"in səviyyəsində olan rəqibdir. Amma 1/8 final mərhələsinin oyununa bizim hansı durumda çıxacağımız müəmmalıdır. Onların oyun ritmi, bizim emossiya və gümrahlığımız var. Lakin "Benfica"nı məğlub edəcəyimiz barədə dəqiq bir şey demirəm.
- Sən çoxdandır, Avrokubokların yaz bölümündə oynamırsan. Darıxmısan?
- Avrokuboklarda pley-offa qalmaq həmişə xoşdur. Amma ÇL turnirini heç nəylə müqayisə etmək olmaz. Təəssüf ki, bütün futbolçular meydanda dayanıb bu turnirin himnini dinləyə bilməyib. Bu hissləri təsvir etmək qeyri-mümkündür.
- Təxminən 11 oyunçunun adı "Zenit"lə birlikdə hallanır..
- Mən Kokorin, Jirkov, Quarin haqqında xəbərlərə rast gəlmişəm. Bu yaxınlarda Smolov haqqında yazı gördüm. Gəlsələr, sevinərəm. Smolovla münasibətimiz Kokorindən daha yaxşıdır.
- Umar Niasse son müsahibəsində deyib ki, Rusiya çempionatında çıxış edən futbolçular onun səviyyəsinə çatmaq üçün çox çalışmalıdır..
- Bu sözlərdən xəbərim var. Onlar çox arxayın, hətta gülməli təsir bağışlayır. Bəziləri cavab verməyimi də istədi. Niass yaxşı kadrdır. Amma çempionatda 28, Avropa Liqasında isə 48 qol vurmuş oyunçu kimi danışır. Onu izləyənlər var. Niassla tanış deyilik. Ümumilikdə maraqlı müsahibə idi.
- Bir neçə aydan sonra Avropa çempionatı başlayır. Bu barədə düşünürsən?
- Əlbəttə. Milli komanda asan durumda olmayanda orda oynayırdım. Məşqçilər heyəti mənə güvənir. Məsuliyyəti dərk edirəm. Bir sözlə, AVRO-2016-nı gözləyirəm. Lakin fikirlərim 99% "Zenit"in yanındadır. Kluba titullar, mükafatlar qazanmaq üçün gəlmişəm. Bir titul qazanmışam və bunu kifayət hesab etmirəm. Qələbəyə hər zaman acam və daha çox istəyirəm. Bu sözlərin söz olaraq qalmaması üçün işləmək lazımdır. Mövsümün ikinci yarısı çox maraqlı gözlənilir. Ümid edirəm, "Zenit" bütün cəbhələrdə lazımınca çıxış edər. "Zenit"in Premyer Liqada CSKA-dan geri qalması barədə söhbətlər məni əsəbləşdirir. Çempionluq mübarizəsinə yenidən qayıtmalıyıq.
GÜNÜN ƏN ÇOX OXUNANLARI