Luçesku "Trabzonspor"a bir şərtlə gəlir
"Trabzonspor" klubunu müvəqqəti olaraq Mirça Luçeskunun oğlu Razvan Luçesku çalışdıra bilər. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Goal.az xəbər verir ki, ata Luçeskunun yayda Trabzon klubuna gəlməsi gözlənilir və həmin vaxta qədər Razvan komandanın baş məşqçisi olacaq. Bu Miçanın şəxsi istəyidir. Atasının bu posta gəlişindən sonra isə o, idman direktoru vəzifəsinə keçə bilər.
Qeyd edək ki, rumın mütəxəsisin "Shakhtar"la müqaviləsi mövsümün sonunda bitir. Daha öncə yayılan informasiyada Luçeskunun artıq "Trabzonspor" rəhbərliyi ilə əl sıxdığı və illik 6 milyon avro maaş alacağı deyilirdi.