14/01/2016
19:23
5559
| A A A
Superliqada növbəti istefa

Türkiyə Superliqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Goal.az xəbər verir ki, "Mersin İdman Yurdu"nda Hakan Kutlunun 1 günlük məşqçilikdən istefa verməsindən sonra kluba gələn Nurullah Sağlam da klubda çox qalmayıb. 

Cəmi 2 gün baş məşqçi olduğu komandadan ayrılma səbəbini Sağlam belə açıqlayıb: "Burada uğur qazanacağıma inanmadığım üçün getmək məcburiyyətindəyəm. Hər kəsdən üzr istəyirəm".

GÜNÜN ƏN ÇOX OXUNANLARI