"Trabzonspor"a ispaniyalı mütəxəsis
"Trabzonspor"da Xuande Ramos dönəmi başlamaq üzrədir. Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mirça Luçeskudan rədd cavabı alan klubun prezidenti Muharrem Ustanın Ramosla danışıqları müsbət nəticələnib. Beləliklə, 50-ci ilində çempion olmaq istəyən "Trabzonspor" bu tapşırığı 61 yaşlı mütəxəsisin üzərinə qoyacaq. Ramos Qara dəniz təmsilçisiylə 2.5 illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, mövsümün əvvəlindən "Trabzonspor" artıq 2 məşqçi dəyişdirib. Mövsümə Ersun Yanalla başlayan klub Şota Arveladze ilə yoluna davam etmişdi. 2015-ci ilin noyabrında gürcü çalışdırıcının istefasından baş məşqçi səalhiyyətini müvəqqəti olaraq Sadi Tekelioğlu icra edirdi.