21/01/2016
17:24
5142
| A A A
Türkiyə klublarının maliyyə durumu stabil deyil
UEFA-nın Maliyyə nəzarəti komitəsi "Galatasaray"ın 2015/16 mövsümü üçün müəyyən olunan kriteriyaları yerinə yetirmədiyini təsdiqləyib. "Cim bom"u Avrokuboklardan "1+1" il müddətinə diskvalifikasiya gözləyir. Lakin maliyyə vəziyyətində gərginlik təkcə "sarı qırmızılar" üçün xarakterik deyil. Goal.az xəbər verir ki, Türkiyənin yüksək dəstəsində mübarizə aparan klubların ümumi borcu 4.5 milyard TL həcmindədir. Bunların 2.5 milyardı banklara olan borcudur. Faizlər isə 750 milyon TL təşkil edir. Superliqanın 18 klubunda ümumi gəlir isə 2 milyard TL həcmindədir. UEFA Türkiyənin 4 "böyükləri" ilə yanaşı, "Antalyaspor", "Eskişehirspor" və "Bursaspor"un da maliyyə durumuna diqqət yetirməyə başlayıb.
GÜNÜN ƏN ÇOX OXUNANLARI