“Beşiktaş”ın oyunu yenə təxirə salındı
Türkiyə superliqasının 19-cu turunda keçirilməli olan "Trabzonspor” - "Beşiktaş” matçı təxirə salınıb.
Goal.az xəbər verir ki, buna səbəb güclü qar yağması olub. Oyundan əvvəl meydança bir neçə dəfə qardan təmizlənsə də, yenidən eyni vəziyyət yaranıb. Matçın qarşıdakı günlərdə keçirilməsinə qərar verilib.
Bir neçə gün əvvəl "Beşiktaş"ın "Mersin İdmanyurdu" ilə matçı da güclü qar səbəbindən yarımçıq dayandırılmışdı.