25/01/2016
16:57
4265
| A A A
Van Qaal dəstək almır, Qiqqs baş məşqçi ola bilər
"Manchester United"in baş məşqçisi Lui van Qaal yenə istefanın astanasındadır. "Southampton"a minimal hesablı ev məğlubiyyətindən sonra "manikunianlar"ın vitse-prezidenti Ed Vudvard komandanın aparıcı futbolçuları ilə holland məşqçinin iş metodları barədə müzakirə aparıb. Vudvard belə qənaətə gəlir ki, Van Qaal futbolçuların əksər hissəsi tərəfindən dəstəklənmir. Goal.az "Daily Mail"ə istinadən xəbər verir ki, "United" rəhbərliyi bunu nəzərə alıb yaxın vaxtlarda holland mütəxəsisi vəzifəsindən azad etmək, Rayan Qiqqsə isə müvəqqəti baş məşqçi səlahiyyətini icra etmək hüququ təklif etmək niyyətindədir. Lakin uelsli məşqçi 2014-cü ildəki vəziyyətin təkrar olunmasını istəmir. Devid Moyesin aprel ayında istefaya göndərilməsindən sonra Qiqqs cəmi 4 tur komandanı meydana baş məşqçi kimi çıxarmışdı. Qeyd olunur ki, gənc mütəxəsis daimi əsaslarla "qırmızı şeytanlar"ın sükanı arxasına keçmək və rəhbəlikdən tam dəstək almağı gözləyir.
Bundan başqa, "Chelsea"nin eks çalışdırıcsı Joze Mourinyo "Manchester United"in bosslarına 6 səhifəli məktub göndərib və hansı səbəbə burda baş məşqçi işləməli olduğunu izah edib.

New submenu

New submenu
%
New submenu
%
New submenu
%
New submenu
%
24347 səs
GÜNÜN ƏN ÇOX OXUNANLARI