26/01/2016
00:55
3546
| A A A
İngilis hücumçunu diskvalifikasiya gözləyir
"Crystal Palace" klubunun hücumçusu Konnor uikhem cəzalandırılacaq. Goal.az xəbər verir ki, futbolçu "Tottenham"lə qarşılaşmada rəqib müdafiəçi Yan Vertongenə dirsəyilə zərbə endirdiyi üçün 3 oyunluq diskvalifikasiya alacaq.
Qeyd edək ki, oyunda Martin Atkinsonun rəhbərlik etdiyi hakimlər briqadası bu epizodu diqqətdən qaçırmışdı. Uikhemin ittihama cavab vermək üçün yanvarın 26-a kimi vaxtı var.
GÜNÜN ƏN ÇOX OXUNANLARI