Labbadia Bundesliqa klubu ilə müqaviləsini yenilədi
"Hamburg"un baş məşqçisi Bruno Labbadia klubla müqaviləsini yeniləyib. Goal.az xəbər verir ki, 49 yaşlı mütəxəsis 2017-ci ilin yayına kimi kluba əməkdaşlığı davam etdirəcək. Onun əvvəlki müqaviləsi mövsümün sonunda bitirdi. Ötən mövsümün sonunda "Hamburg"un sükanı arxasına keçən Labbadia komandanı Bundesliqada saxlaya bilmişdi.