Hamşik Kavanini keçdi, Maradonaya yaxınlaşdı
"Napoli"nin yarımmüdafiəçisi Marek Hamşik klubun tarixinə düşüb. Goal.az xəbər verir ki, slovak oyunçu "Fronsione" ilə matçda (5:1) fərqlənməklə Neapol klubunda 79-cü qoluna imza atıb. Bununla da, futbolçu "Napoli"nin bombardirlər cədvəlində Edinson Kavanini geridə qoyaraq 3-cü pilləyə yüksəlib. O, yalnız Maradona (81 qol) və Antonio Voyakdan (102 qol) geri qalır.