Veteran müdafiəçi "Roma"dan gedir
İngilis müdafiəçi Eşli Koul "Roma"nı tərk edəcək. Goal.az xəbər verir ki, Rudi Qarsiyanın planlarına daxil olmayan 35 yaşlı müdafiəçi yeni çalışdırıcı Luçano Spalettidən də dəstək görməyib. Koul paytaxt klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozacaq. Onun "LA Galaxy"nin təklifini qəbul edəcəyi gözlənilir. MLS təmsilçisi təcrübəli müdafiəçini pulsuz heyətə cəlb edə biləcək.
Daha öncə "Arsenal" və "Chelsea"nin şərəfini qorumuş Koul 7 qat İngiltərə çempionudur.