23/01/2016
21:48
4530
| A A A
"İnter"dən Mançini - Sarri konfliktinə rəsmi münasibət
"İnter" klubu İtaliya Kubokunun 1/4 final mərəhələsində Roberto Mançini və "Napoli"nin çalışdırıcısı Maurisio Sarri arasındakı konfliktə rəsmi münasibət bildirib. Goal.az xəbər verir ki, Milan klubu tərəfindən verilən bəyanatda deyilir:
"Bu insidentdən sonra "İnter" Roberto Mançiniyə və onun matçdan sonrakı etik narahatlığından doğan şərhlərinə dəstəyini ifadə edir. Həmin oyunun son dəqiqələrinə aid müzakirələri yığışdırmağın tam zamanıdır. Mançini və klub Maurisio Sarri və "Napoli"nin üzrxahlığını qəbul edir. Mətbuatdan diqqəti futbola yönəltməyi xahiş edirik".
GÜNÜN ƏN ÇOX OXUNANLARI