"İnter" son oyunda heç-heçə etdi
Premyer Liqanın ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən Bakının "İnter" klubu bu gün sonuncu yoxlama matçına çıxıb.
Goal.az xəbər verir ki, Zaur Svanadzenin yetirmələri Qazaxıstanın "Atırau" klubu ilə qarşılaşıb. Bunadək Antalyada keçirdiyi hər üç matçda məğlub olan "bankirlər" bu günkü qarşılaşmadan sülhlə ayrılıb. Oyun qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, "İnter" Türkiyə toplanışı çərçivəsində Almaniyanın "Verder” klubunun əvvəl əvəzedici, sonra isə əsas komandasına 0:1, Slovakiyanın "Slovan” klubuna isə 1:2 hesabı ilə məğlub olmuşdu.
Hazırlıq matçı
15:00 "İnter" – "Atırau" 0-0