23/01/2016
23:02
4466
| A A A
AZAL “CBC CUP”da ikinci oldu

AFFA, PFL və CBC Sport telekanalının birgə təşkilatçılığı ilə keçirilən "CBC Sport Kuboku”nda növbəti oyun gününə yekun vurulub. 

Goal.az xəbər verir ki, Bayıl Arenada keçirilən görüşdə AZAL və "Neftçala” komandaları üz-üzə gəlib. 

Qarşılıqlı hücumlar şəraitində keçən matçda hesab 10-cu dəqiqədə açılıb. Təyyarəçilərin gürcü futbolçusu Aleksandr Quruli penaltini dəqiq yerinə yetirib. AZAL futbolçuları fasiləyədək daha bir qol vurub. Matçın 33-cü dəqiqəsində Məhəmməd Bədəlbəyli hesab arasında fərqi iki topa çatdırıb.

Qarşılaşmanın ikinci yarısı daha gərgin keçib. Ancaq bu dəfə də sevinən tərəf Tərlan Əhmədovun komandası olub. 72-ci dəqiqədə "Neftçala”nın qapısına təyin olunan penaltini Murad Səttarlı boşa verməyib. 3 dəqiqə sonra Kamal Quliyevin komandası daha bir zərbə alıb. Cəmil Rəhimlinin kobud oyunu hakimin gözündən yayınmayıb və 99 nömrəli futbolçu qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Ancaq azlıqda qalmasına baxmayaraq, "Neftçala” komandası təsəlli qolunu vura bilib. Matçın bitməsinə 4 dəqiqə qalmış Aqşin Həşimov topu tora qovuşdurub.
Bu nəticədən sonra AZAL xal ehtiyatını 9-a yüksəldib və turniri ikinci pillədə tamamlayıb. "Neftçala” isə "CBC Sport Kuboku”nu 3 xalla başa vurub. 

Qeyd edək ki, "CBC Sport Kuboku”nun artıq qalibi məlumdur. Dünən "Şərurspor”u 3:2 hesabı ilə məğlub edən "Neftçi” kubokun ilk sahibi adını qazanıb. Turnirin mükafatlandırma mərasimi sabah "Bayıl Arena”da keçiriləcək. (CBC)


AZAL 3:1 "Neftçala”

GÜNÜN ƏN ÇOX OXUNANLARI