"Qəbələ" "Dnepr"lə nə vaxt oynayacaq?
Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan "Qəbələ” sabah son yoxlama oyununu keçirəcək. Goal.az klubun saytına istinadən xəbər verir ki, yanvarın 10-dan Antalyada təlim-məşq toplanışında olan "qırmızı-qaralar” 3-cü sınağında Ukraynanın "Dnepr” klubu ilə görüşəcək.
Artıq sözügedən matçın başlama saatı müəyyənləşib. Bu gün keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Görüş "Gloria Sport Arena”da oynanılacaq.