24/01/2016
17:40
4097
| A A A
Rahid Əmirquliyev: "Əsas heyətə düşmək barədə də narahat deyiləm"

"Qarabağ”ın yeni transferi Rahid Əmirquliyev təzə komandasıyla bağlı saytımıza açıqlama verib.  Goal.Az xəbər verir ki, Rahid Ağdam klubuna artıq öyrəşdiyini bildirib:

"Qarabağ” mənə yad komanda deyil. Çünki burda olan yerli futbolçuların demək olar hamısıyla milli komandada bir yerdə oynamışıq. Qurban müəllim məni öz mövqeyimdə oynadır. Buna görə də yeni komandamda tam rahatam. Hazırlıqlarımızda yaxşı gedir. İki yoxlama oyunu keçirdik və hər ikisində də qalib gəldik. Əsas məsələ isə baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməkdir. Əsas heyətə düşmək barədə də narahat deyiləm. Baş məşqçi kimi lazım biləcək, o futbolçuda meydana çıxacaq. Bizim əsas işimiz lazım olduğu qədər çalışmaq, baş məşqçinin dediklərin etməkdir”.

GÜNÜN ƏN ÇOX OXUNANLARI