25/01/2016
16:41
4414
| A A A
"Qəbələ"nin heyətində ciddi itki
"Qəbələ"nin futbolçusu Rəşad Sadiqov zədələnib.
 
Goal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Ukrayna "Dnepr"i ilə yoxlama matçının 43-cü dəqiqəsində rəqib qapıçı ilə toqquşaraq yerə sərilib.
 
Həkimlərin müdaxiləsinə baxmayaraq, o, oyuna davam edə bilməyib. Baş məşqçi Roman Qriqorçuk meydana Sergey Zenyovu buraxıb. Bu gün tibbi müayindən keçdikdən sonra futbolçunun durumuna aydınlıq gələcək.
GÜNÜN ƏN ÇOX OXUNANLARI