Messi "Athletic"lə matçı buraxacaq
"Barcelona”nın hücumçusu Lionel Messi İspaniya Kubokunun 1/4 final çərçivəsində "Athletic”lə ilk matçı buraxacaq.
Goal.az xəbər verir ki, ehtiyat tədbirləri görən Luis Enrike argentinalının adını oyunun iştirak ərizəsinə salmamağa qərar verib. Luis Suaresin də ilk görüşdə meydana çıxa bilməyəcəyini qeyd edək. Xatırladaq ki, Uruqvaylı 1/8 finalda "Espanyol”la matçdan sonrakı hərəkətlərinə görə 2 oyunluq cəza almışdı.
"Athletic" – "Barcelona" görüşü gecə 00:00-da başlayacaq.