21/01/2016
19:14
13841
| A A A
Beylin transferinin detalları mətbuata sızıb
"Marca" nəşri Qaret Beylin "Tottenham"dən "Real"a transferinin maliyyə detallarını açıqlayıb. 

Goal.az xəbər verir ki, müqavilədə uelsli yarımmüdafiəçinin dəqiq transfer qiyməti 92 milyon avro göstərilib. Amma bu məbləğin ödənilmə metoduna əsasən 99.7 milyon avroya yüksəlməsinin mümkünlüyü də qeyd olunub.

İlk 3 ödənişin 24 milyon avro olması planlaşdırılıb. İlkin ödəniş transfer rəsmiləşəndən 10 gün sonra "Tottenham"in hesabına köçürülüməli imiş. Sonrakı 2 ödəniş 2014-cü il 24 iyuldan 2015-ci ilə qədər həyata keçirilməli idi. "Tottenham" müqaviləyə Beyli başqa Premyer liqa klubuna satmaq bəndini salıb. London klubu 2019-cu il iyunun 30-na kimi Beylə görə başqa klubdan təklif qəbul edə bilər. "Real" uelsli futbolçunu 2015-ci ilin sentyabrına kimi başqa kluba satsaydı, "Tottenham" daha 10 milyon funt qazanardı.
GÜNÜN ƏN ÇOX OXUNANLARI