"Real" "Barca"ın ulduz futbolçusuna göz dikib
"Barcelona"nın forvardı Neymar və atası ötən həftə "Real"la danışıqlar aparıb.
Goal.az xəbər verir ki, bu barədə "Onda Cero" radiostansiyası xəbər verir. Görüşün Sürixdə "Qızıl top" mükafatının təqdimat mərasimində baş tutduğu bildirilir.
"Real" Neymara daha yüksək məvacib təklif edib. Kataloniya təmsilçisi braziliyalı ilə müqaviləni artırmaq istəyir.
Daha öncə bildirilirdi ki, müqaviləni artıracağı təqdirdə Neymarın "Barcelona"da məvacibi 30 milyon avroya yüksələcək.