Roberto Karlos "Real"a qayıtdı
Roberto Karlos "Real Madrid"ə geri dönür. 1996-2007-ci illərdə Madrid klubunun şərəfini qorumuş braziliyalı mütəxəsis "Real"ın aşağı yaş qruplarında işə başlayacaq. Goal.az xəbər verir ki, Karlos akademiyanın komandaları ilə Zidanın arasında əlaqələndirici olacaq. Braziliyalı məşqçi, əsasən texniki və təhsil sahəsində fəaliyyət göstərəcək. Onun əsas komanda ilə əlaqəsi olmayacaq. Məlumata görə, Florentino Perez "sambaçı"ya assistent vəzifəsini vermək istəsə də, Zidan buna razı olmayıb. Fransalı çalışdırıcı futbolçularla dil tapıb və bu münasibətə ikinci bir nüfuz sahibinin müdaxilə etməsini istəmir.
"Əminəm ki, zidanın rəhbərliyi altında "Real" çoxlu titullar qazanacaq. İspaniya çempionatında komanda üzərinə düşən vəzifənin öhdəsindən əla gəlir. Çempionlar Liqasında da işlər qaydasında gedir. "Real" bizim dövrümüzdəki komanda kimi olmalıdır. Hazırki futbolçular xoşbəxt olmalı və Zidana qulaq asdıqlarını göstərməlidir. "Real" futboldan həzz alan komanda olmalıdır" - 42 yaşlı braziliyalı bildirib.