23/01/2016
18:15
7242
| A A A
Fernando Torres dünyanın ən ödənişli futbolçusu ola bilər
Fernando Torresin "Atletico Madrid"ə dönüşü, hələ ki, gözlənilən effekti vermir. İcarə müqaviləsi mövsümün sonunda başa çatacaq Torres La Liqada bu mövsüm yalnız 1 oyunda 90 dəqiqə meydanda olub. İspan hücumçunun meneceri "Atletico"nun baş məşqçisi Diyeqo Simeonedən Torres barədə qərarını açıqlamasını istəyib. Goal.az xəbər verir ki, hücumçunun agenti Xose Antonio Martin onu dünyanın ən ödənişli futbolçusu edəcək əlverişli təklif aldığını qeyd edib.
"Torres və Simeone danışmalıdır. O, "Atletico"da qalmaq istəyir. Amma daha çox meydana çıxmalıdır. Bu istəyi baş tutmasa, Torresi dünyanın ən çox qazanan futbolçusu edəcək təklifi dəyərləndirə bilərik" - Xose Antonio bildirib.
GÜNÜN ƏN ÇOX OXUNANLARI