Neymar "Barcelona"ya kömək etməyəcək
"Barcelona" La Liqanın 21-ci turunda keçiriləcək "Malaga" ilə oyunda Neymarın köməyindən istifadə etməyəcək. Goal.az xəbər verir ki, braziliyalı futbolçunun əzələsində zədə olduğu güman edilsə də, testlər bunun əksini göstərib. Hər halda, katalonlar "sambaçı"nı qarşıdakı oyunda meydana buraxmaqla risk etmək istəməyib. Neymar "Athletic"lə oyundan sonrakı məşqi də buraxmışdı.