22/10/2015
20:14
6263
| A A A
"Mançester Siti" - "Sevilya" oyununda azarkeş ölüb
Çempionlar Liqasının D qrupunda "Mançester Siti" - "Sevilya" komandaları arasında keçirilmiş görüşdən öncə ölüm hadisəsi baş verib.
Goal.az  "The Telegraph"a istinadən xəbər verir ki, hadisə hər iki komandanın azarkeşləri arasında yaranan münaqişə zamanı baş verib. Mançesterin şimal hissəsində üz-üzə gələn azarkeşlər bir-birlərinə ərazidə olan restoran və kafelərdəki oturacaqlar və butulkalarla  xəsarət yetiriblər. Nəticədə xəsarət alan azarkeşlərdən biri dünyasını dəyişib. Polisin hadisəyə müdaxiləsindən sonra ara sakitləşib.
Hadisə ilə bağlı 5 nəfərin həbs olunduğu bildirilir.
GÜNÜN ƏN ÇOX OXUNANLARI