22/10/2015
22:51
8590
| A A A
Podolski tarixə düşdü
"Galatasaray”ı "Benfica” ilə oyunda  2-1 önə keçirən qolun müəllifi Lukas Podolski adını Avropa klubları tarixinə yazdırmağı bacarıb.
Goal.az-ın məlumatına görə, Lukas Podolski, "Türk Telekom”da vurduğu möhtəşəm qol ilə Çempionlar Liqasında 12-ci qolunu qeyd edib. Alman futbolçu  daha əvvəl "Münhen” və "Arsenal” formaları ilə Çempionlar Liqasıda qol sevinci yaşayıb. Bu nəticə ilə Podolski Maykl Ballack, Torsten Frings və Hans-Jörg nəticəsini təkrarlayaraq 3 fərqli komandayla qol vuran 4-cü Alman oyunçu oldu. Futbolçu Çempionlar Liqasında digər əhəmiyyətli bir statistikaya da nail olmağı bacarıb. Belə ki, o, son 4 mövsümdə qapıya ən azı 10 zərbə vuran oyunçular arasında qolla görüş nisbətində ikinci olub. Təcrübəli oyunçu 45% -lik göstərici ilə Luis Adrianodan (56%) sonra ikinci pillədə qərarlaşıb.
GÜNÜN ƏN ÇOX OXUNANLARI