24/10/2015
17:13
7826
| A A A
"Real"dan 18 oyunluq məğlubedilməzlik seriyası
Madridin "Real” komandası son üç ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 18 oyunda məğlubedilməzlik seriyasını davam etdirir.

Goal.az-ın məlumatına görə,  "Kral klubu” Çempionlar Liqasının qrup mərhələsində sonuncu dəfə düz üç il bundan əvvəl - 2012-ci il oktyabrın 24-də Almaniyada Dortmundun "Borussiya” komandasına uduzub (1:2). Madrid təmsilçisi həmin oyundan sonra keçirdiyi 18 görüşün 14-nü qələbə, dördündə isə heç-heçə ilə başa vurub.

"Real” son üç ildə 12 komanda – "Borussiya” (Dordmund), "Mançester Siti”, "Ayaks”, "Qalatasaray”, "Kopenhagen”, "Yuventus”, "Bazel”, "Ludoqorets”, "Liverpul”, "Şaxtyor”, "Malmö” və PSJ ilə qarşılaşıb.

"Real"dan sonra ikinci sırada 9 oyunluq nəticə ilə "Porto” qərarlaşıb
GÜNÜN ƏN ÇOX OXUNANLARI