"Shakhtar" və "Malmoe" azarkeşləri arasında kütləvi dava
Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində bu gün Ukraynada keçiriləcək "Shakhtar" - "Malmoe" (İsveç) oyunu öncəsi klub azarkeşləri arasında kütləvi dava baş verib.
Goal.az ukrayna mətbuatına istinadən xəbər verir ki, davada onlarla fanat iştirak edib.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları gələn kimi dava iştirakçıları qaçmağa başlayıblar, lakin 10 nəfər saxlanılıb. Hazırda polis araşdırma aparır.