09/12/2015
19:12
6819
| A A A
“Qızıl top”un 4 qat sahibi: “Anderlecht” Qarabağ”ı məğlub etməyə borcludu"

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qarabağ”la qarşılaşacaq Belçika təmsilçisi doğma arenasında uduzarsa, mübarizəni dayandıracaq.

 

Goal.az xəbər verir ki, "Anderlect”in əfsanəvi hücumçusu Pol van Himst  oyunla bağlı fikirlərini bölüşüb. 16 il "Anderlecht”in formasını geyinmiş 72 yaşlı mütəxəssis sevimli komandasının qələbə qazanacağına əmindi: "Komandamız əgər "Tottenham" və "Monaco" kimi güclü klubları məğlub edibsə, o zaman "Qarabağ”a qalib gəlmək də problem olmamalıdı. "Anderlecht” Qarabağ”ı məğlub etməyə borcludu. Başqa nəticə azarkeşləri qane etməz. Hətta Stiven Defurun yoxluğu da qələbəyə maneçilik törətməməlidi. Mənim fikrimcə, "Anderlecht" sabah Azərbaycan komandasını məğlub edəcək".

 

1959-1975-ci illərdə "Anderlext”in heyətində 500-ə yaxın oyun keçirən və 200-dən çox qolun müəllifi olan Pol van Himst 8 qat Belçika çempionu olmaqla yanaşı, 3 dəfə də çempionatın bombardiri olub. Bundan başqa van Himst Belçikada ilin futbolçusuna təqdim edilən "Qızıl top” mükafatına 4 dəfə layiq görülüb.


 


New submenu

New submenu
%
New submenu
%
19862 səs
GÜNÜN ƏN ÇOX OXUNANLARI