09/12/2015
21:19
3964
| A A A
"Qəbələ" ilə oyuna problemsiz hazırlaşacağıq"
"Cari ildə cəmi bir oyunumuz qalır. O da Avropa Liqasının qrup mərhələsində "Qəbələ"yə qarşı olacaq. Biz peşəkar futbolçularıq və digər matçlara necə hazırlaşmışıqsa, bu oyuna da elə hazırlaşacağıq". 

Goal.az xəbər verir ki, bu sözləri "Krasnodar"ın futbolçusu Raqnar Siqurdson Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə keçirəcəkləri oyun haqda danışarkən deyib: "Oyun günü "Kuban"la derbinin üzərindən 6 gün keçmiş olacaq. Düşünürəm ki, biz bu müddətdə problemsiz olaraq "Qəbələ" ilə oyuna hazırlaşacağıq və ilin son görüşü üçün Bakıya yollanacağıq".

Sabah "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Krasnodar" qarşılaşması saat 22:00-da başlayacaq.
GÜNÜN ƏN ÇOX OXUNANLARI