Azərbaycan çempionu "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində bu gün "Anderlecht"in qonağı olacaq.
Goal.az xəbər verir ki, Bakıda belçikalıları məğlub edən Ağdam klubu səfərdə də eyni nəticəni göstərmək iddiasındadı.
Son turöncəsi 1/16 final mərhələsinə çıxmaq şanslarını saxlayan "Qarabağ"ı Belçikada çətin sınaq gözləyir. Çünki "Anderlecht" də qarşısına növbəti mərhələyə çıxmaq tapşırığı qoyub. "Qarabağ" Brüsseldə qələbə qazanacağı halda, "Anderlecht"lə xalları bərabərləşəcək. Şəxsi oyunların nəticələri isə belçikalıları arxada qoymağa imkan verəcək. Amma qələbə hələ mərhələ keçmək üçün kifayət deyil. Çünki "Anderlext”in istənilən xal itkisi "Monako"nu növbəti mərhələyə biraz da yaxınlaşdıracaq. Bunun üçün Fransa klubunun özü isə artıq 1-ci yeri təmin edən "Tottenham”i üstələməlidi. "Qarabağ”ın 1/16 finala yüksəlməsinə də məhz fransalıların qələbəsi mane ola bilər. "Qarabağ" qələbə ilə yanaşı, "Tottenham”in qalibiyyətini arzulamalıdı.
"Qarabağ” qalib gəlsə, "Monaco” heç-heçə etsə, hər 3 komandanın 7 xalı olacaq. Belə olan halda, "Tottenham”lə birlikdə 1/16 finala yüksələcək ikinci komanda şəxsi oyunlarda ən yaxşı nəticəyə malik Qurbanovun yetirmələri olacaq.
Avropa Liqası
Qrup mərhələsi, VI tur
10 dekabr
J qrupu
00:05. "Anderlecht” (Belçika) – "Qarabağ” (Azərbaycan) - 2:1
Kintana 26 - Naxar 28, Okaka-Çuka 31
Əlavə hakim köməkçiləri: Roberto Ponis, Draqoslav Periç
Brüssel. Konstant Vanden Stok stadionu
1. "Tottenham" -10
2. "Anderlecht" - 7
3. "Monaco" - 6
4. "Qarabağ" - 4