Ağırlıqqaldırmanın əfsanəsi vəfat etdi
Ağırlıqqaldırma üzrə ikiqat olimpiya, dəfələrlə dünya, Avropa və SSRİ çempionu Leonid Jabotinski vəfat edib.
Goal.az xəbər verir ki, məşhur atlet 78 yaşında dünyasını dəyişib. Bu barədə Zaporojye meriyasının rəsmi saytı məlumat yayıb. Ölümün səbəbi açıqlanmır.
Leonid Jabotinski karyerası ərzində superağır çəkidə 19 dünya, 20 SSRİ və 58 Ukrayna rekordu müəyyənləşdirib. O, həmçinin 1964, 1968-ci illərdə olimpiya, 1964 - 1966 və 1968-ci illərdə dünya, 1966 və 1968-ci illərdə Avropa, 1964 - 1969-cu illərdə SSRİ çempionu adını qazanıb.