15/01/2016
03:40
5830
| A A A
Fələstinli uşağa Ronaldo ilə görüş təklif olunub
Müntəzəm olaraq xeyriyyəçi jestləri ilə yadda qalan "Real"ın hücumçusu Kriştianu Ronaldo növbəti dəfə medianın diqqətini cəlb edib. Goal.az xəbər verir ki, yanğın nəticəsində valideynləri və qardaşını itirmiş fələstinli Əhməd Davabşa ulduz futbolçu ilə görüşmək təklif edilib Beş yaşlı uşaq hazırda İsrail xəstəxanalarının birində müalicə alır və bir neçə ay burda qalmalıdır. "Real"ın nümayəndəsi Raul Serrano Kuevedo Fələstin Səfirliyinin müraciəti əsasında Əhmədin himayədarlığını klubun üzərinə götürdüyünü təsdiqləyib.
Qeyd edək ki, sentyabr ayında "Real Madrid" suriyalı qaçqın Osama Abdul Muhsini və azyaşlı oğlunu "Santiago Bernabeu"da qəbul etmişdi.
GÜNÜN ƏN ÇOX OXUNANLARI