21/01/2016
22:43
5029
| A A A
Eks futbolçu 10 il müddətinə azadlıqdan məhrum olunub
"Zenit"in keçmiş futbolçusu Vladimir Dolqopolov 10 il müddətinə azadlıqdan məhrum edilib. Goal.az xəbər verir ki, veteran futbolçu həyat yoldaşını ölümcül döydüyünə görə Peterburq məhkəməsi tərəfindən bu cəzaya məhkum olunub. Onun vəkili Vladimir Lvov qərardan apelyasiya şikayəti təqdim edəcəklərini bildirib.
Dolqopolov 2014-cü ilin sentyabrında saxlanmışdı. Ona qarşı sağlamlığa ağır zərbə vurma, ehtiyatsızlıqdan adam öldürmə maddələri ilə cinayət işi açılmış və ev dustaqlığına buraxılmışdı.
Dolqopolov 2007-2009-cu illərdə "Zenit"in strukturunda azarkeşlərlə iş üzrə sədr, daha sonra klubun meneceri olmuşdu.
GÜNÜN ƏN ÇOX OXUNANLARI