25/01/2016
18:44
4561
| A A A
​Azərbaycanlı şərhçi Rusiya telekanalından kənarlaşdırılıb

Azərbaycanlı idman şərhçisi Elvin Kərimov "Matç TV"nin ştatından kənarlaşdırılıb.

Goal.az xəbər verir ki, siyahıda Vasili Utkin, Aleksey Andronov, Kirill Dementyev, Aleksandr Yelagin və Vladislav Baturinin də adı var.

Onlar telekanalla qonorar əsasında əməkdaşlıq edəcəklər. "Matç TV"nin erməni şərhçisi Nobel Arustamyan isə ştatda qalıb.

"Matç TV" Ümumrusiya Dövlət Teleradio Şirkəti və "NTV-Plyus"un bazasında yaradılıb və 1 noyabr 2015-ci ildən efirdədir. Kanalın baş prodüseri Tina Kandelakidir. Elvin Kərimov 2010-cu ildən "NTV-Plyus"da futbol şərhçisi kimi çalışmağa başlayıb. (Report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI