21/01/2016
18:56
6540
| A A A
İki cüdoçumuz zirvədə

Beynəlxalq Cüdo Federasiyası yeni ilin ilk reytinq cədvəlini açıqlayıb.

Goal.az xəbər verir ki, yanvar üçün açıqlanan siyahını Azərbaycan yığmasının liderləri üçün uğurlu saymaq olar. Bu, millimizin bütün yarışlara qatılmasının nəticəsidir. Belə ki, Peter Zayzenbahirin yetirmələrindən ikisi öz çəki dərəcəsinin ən güclüsüdür. Bunlar Rüstəm Orucov (73 kq) və Elmar Qasımovdur (100 kq). Onlarla yanaşı, Orxan Səfərov (60 kq), həmçinin Nicat Şıxəlizadə (66 kq) ilk onluqda qərarlaşıb. Bu idmançılar müvafiq olaraq dördüncü və onuncu yerdədir.

Baş məşqçinin əsasən güvəndiyi digər cüdoçulardan İlqar Müşkiyev (60 kq) 20-ci, Tərlan Kərimov (66 kq) 43-cü, Məmmədəli Mehdiyev 38-ci, Ramin Qurbanov 48-ci (hər ikisi 90 kq), Elxan Məmmədov (100 kq) 20-ci, Uşanqi Kokauri (100 kq-dan yuxarı) 39-cu, Aişə Qurbanlı (48 kq) 56-cı və Kifayət Qasımova (57 kq) 55-cidir.

Cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.

GÜNÜN ƏN ÇOX OXUNANLARI