22/01/2016
21:44
5491
| A A A
Azad Rəhimov Avropa Olimpiya İcraiyyə Komitəsinin iclasında

Gənclər və idman naziri Azad Rəhimov İsveçrənin Lozanna şəhərində səfərdədir. 

Goal.az xəbər verir ki, səfərin məqsədi Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclasında iştirak etməkdir.

Səfər çərçivəsində nazir Azad Rəhimov Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, AOK Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos, Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere Miro , AOK idarə heyətinin üzvü Christophe de Keeper ilə görüşüb.

Görüşlər çərçivəsində "Bakı- 2015"də yüksək səviyyədə görülən işlərdən söz açılıb və Azərbaycanın qazandığı təcrübəni ev sahibliyi edəcək növbəti ölkə ilə bölüşməsinin önəmi diqqətə çatdırılıb.

Eyni zamanda, görüş çərçivəsində 2016-cı ildə Azərbaycanda keçiriləcək Şahmat Olimpiadası, Formula 1 Qrand Prix turniri, 2017-ci ildə gerçəkləşəcək İslam Həmrəyliyi Oyunları haqda söz açılıb və oyunlara hazırlıq prosesi barədə məlumat verilib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI