Argentinalı baş məşqçi istefa verdi
Çili millisinin baş məşqçisi Xorxe Sampaoli tutduğu postu tərk edib. Goal.az xəbər verir ki, argentinalı mütəxəsis Federasiya ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. 55 yaşlı mütəxəsis Amerika kubokundakı qələbəyə görə ödəniləcək bonusların bir hissəsini də almayıb.
Sampaoli 2012-ci ildən Çilini çalışdırırdı. 2014 mundialında onun komandası 1/8 finala çıxmış və Braziliyaya uduzmuşdu. Onun adı "İlin məşqçisi" mükafatına namizədlərin üçlüyünə daxil edilmişdi.