21/01/2016
20:47
8775
| A A A
"Real" ardıcıl 11-ci dəfə dünyanın ən gəlirli klubudur
"Real" ötən mövsümün nəticələrinə görə ən çox gəlir qazanan futbol klubu olub. Madrid klubu ardıcıl 11-ci dəfə bu baxımdan liderliyi əlində saxlayıb. Goal.az xəbər verir ki, "Real" ötən mövsüm 577 milyon avro qazanmaqla bu baxımdan rekord müəyyənləşdirib. 2013/14 mövsümünə nisbətən "kral klubu"nun gəlirləri 27.5 milyon avro artıb. Çempionlar Liqasında teleyayımdan qazanc 4 milyon avro azalıb. Bunun səbəbi komandanın ötən mövsüm turnirdə mübarizəni yarımfinal mərhələsində dayandırması olub. Amma Yaxın Şərqdən olan sponsorların "Real"a çox sərf etdiyini də qeyd etmək lazımdır. Emirates və International Petroleum Investment Company ilə sazişlər klubun kommersiya gəlirini 10% qaldırmasına imkan yaradıb. "Santiago Bernabeu"da azarkeşlərdən gələn mənfəət isə "Matchday" hesabına 9.1 milyon yüksəlib. 

GÜNÜN ƏN ÇOX OXUNANLARI