21/01/2016
21:50
7917
| A A A
Manuel Pelleqrini Rusiya çempionuna gedəcək?
Andre Vilyaş-Boaş mövsümün sonunda "Zenit"lə yollarını ayıracaq. Peterburq klubu onun əvəzinə namizədləri indidən nəzərdən keçirir. Goal.az xəbər verir ki, klub rəhbərliyi Manuel Pelleqrinini baş məşqçi postuna dəvət etmək fikrindədir. İspan və ingilis dillərində danışmağı bacaran təcrübəli mütəxəsis komandada lazımi ünsiyyəti qura bilər. Çilili məşqçinin oyun fəlsəfəsi də "Zenit"ə uyğundur.
GÜNÜN ƏN ÇOX OXUNANLARI