21/01/2016
23:15
7634
| A A A
Roberto Karlos iş yerini dəyişə bilər
Hindistan Superliqasında mübarizə aparan "Mumbai City" "Delhi Dynamos"u çalışdıran Roberto Karlosu baş məşqçi postuna dəvət etmək istəyir. Goal.az "The Times of İndia" nəşrinə istinadən xəbər verir ki, danışıqlarda irəliləyiş əldə olunub. Mumbay klubu baş məşqçisini iyulun 1-də elan edəcək.
Roberto Karlos "Real"ın Asiya ölkələri üzrə safiri də ola bilər. Bundan başqa braziliyalı mütəxəsis Madrid klubunun aşağı yaş qruplarından birində çalışa da bilər. Bunun üçün, ilk növbədə UEFA-nın Pro kateqoriyalı məşqçilik lisenziyası alınmalıdır.
GÜNÜN ƏN ÇOX OXUNANLARI