23/01/2016
02:13
7392
| A A A
AVRO-2016-da yeni texnoloji sistem
UEFA İcraiyyə komitəsi qarşıdakı nüfuzlu turnirlərdə "goal-line" texnologiyasından istifadə etmək barədə qərar qəbul edib. Goal.az xəbər verir ki, topun qapı xəttini keçib-keçmədiyini avtomatik təyin edən sistem AVRO-2016 və Çemppionlar Liqasının 2016/17 mövsümünün pley-off raundunda tətbiq olunacaq. Eyni zamanda qeyd olunan sistemin Avropa Liqasının qrup mərhələsində 2017/18 mövsümündən istifadə edilmə imkanları da nəzərdən keçiriləcək. Avropa çempionatında "goal-line" texnologiyasının tətbiqini UEFA Hakimlər komitəsinin sədri, italiyalı Pyerluici Kollina təklif etmişdi. Adıçəkilən sistemdən artıq İngiltərə, Almaniya, İtaliya və Fransa kimi Avropanın aparıcı ölkə çempionatlarında istifadə olunur.
GÜNÜN ƏN ÇOX OXUNANLARI