Buffon futboldan gedəcəyi vaxtı açıqladı
Əfsanəvi italiyalı qapıçı Canluici Buffon 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatından sonra oyunçu karyerasını başa vurmaq barədə qərar qəbul edib.
Goal.az xəbər verir ki, bu barədə "Goal" nəşri yazıb.
Mundial oyunları İtaliya yığması ilə 2006-cı ildə dünya çempionu titulunu, həmçinin "Yuventus"un heyətində 6 skudettonu qazanan oyunçunun karyerasında sonuncu olacaq.
"2018 mundialna kimi eyni tempdə oynamağa davam etsəm, turnirə gedəcəm. Bundan sonra əlcəklərimi mismardan asacam. Klub karyerama gəlincə, "Juventus" indi əla formadadır. Yaxşı fiziki və psixoloji formada olmadan ardıcıl 11 qələbə qazanmaq qeyri-mümkündür. Amma diqqətli olmaq lazımdır. Hər seriya gec-tez qırılır. Buna görə mümkün qədər qələbə seriyasını uzatmalıyıq".
"Dibala? Ötən mövsüm "Palermo"da möhtəşəm çıxış edirdi. Bu, "Juventus"da oynamaqdan daha asandır. Onun komandamızın oyununa belə sürətlə uyğunlaşması diqqətəlayiqdir" - təcrübəli qolkiper deyib.