26/01/2016
18:56
5748
| A A A
Pike mükafat aldı, valideynlərinə həsr etdi
"Barcelona"nın müdafiəçisi Jerar Pike və tanınmış atlet Nuriya Pikas Kataloniyada 2015-ci ilin ən yaxşı kişi və qadın idmançıları seçilib. Goal.az xəbər verir ki, katalon müdafiəçi mükafatın təqdimatı zamanı valideynlərinə təşəkkür edib.
"Bu mükafatı məni dünyaya gətirən valideynlərimə həsr edirəm. Onlar həmişə şikayət edir ki, qollarımı Şakira üçün vururam. Amma bu mükafat onlarındır" - Pike deyib.
"Barca"nın futbolçusu ötən gün verdiyi açıqlamada "Espanyol" azarkeşlərinin açdığı "Şakira hamımızındır" bannerinə münasibət bildirmişdi.
"Bu barədə deyəcək sözüm yoxdur. Olsaydı, tvitterdə yazardım. İspaniyanın Zorakılıqla mübarizə Komissiyası tvitter hesabımı araşdırır? Qoy etsinlər. Bunun ədalətli olub olmaması barədə mənim fikrimin nə əhəmmiyəti var. Onsuz da istədiklərini edirlər".
GÜNÜN ƏN ÇOX OXUNANLARI